Menyu

Mikayıl Cabbarov: "Bolqarıstan Azərbaycan və Gürcüstanda istehsal olunacaq "yaşıl enerji"yə maraq göstərir"

Nərmin Qocamanlı
Mikayıl Cabbarov: "Bolqarıstan Azərbaycan və Gürcüstanda istehsal olunacaq "yaşıl enerji"yə maraq göstərir"

Bu il Azərbaycandan Bolqarıstana ixrac ediləcək qazın həcmi bu ölkənin illik sərfiyyatının 55 %-ni keçəcəyi gözlənilir.

"Operativ Media" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda deyib.

"Biz müəssisələrimizi daha sıx çalışmağa sövq etməyə çalışırıq. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) keçən il Bolqarıstanda rəsmi olaraq təmsil olunmağa başlayıb. Azərbaycan enerji məhsullarını, əsasən də təbii qazını Bolqarıstana ixrac etməyə davam edir. Eyni zamanda, Bolqarıstandan olan qonaqlarımız Azərbaycan və Gürcüstanda istehsal olunacaq "yaşıl enerji" layihəsinə maraq göstərirlər", - M.Cabbarov bildirib.

O qeyd edib ki, Bolqarıstanla əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır.

Teqlər:

"Mikay\u0131l Cabbarov: \"Bolqar\u0131stan Az\u0259rbaycan v\u0259 G\u00fcrc\u00fcstanda istehsal olunacaq \"ya\u015f\u0131l enerji\"y\u0259 maraq g\u00f6st\u0259rir\""

Əlaqəli Xəbərlər