http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Türkiyə-Azərbaycan biznes forumu keçirilib - YENİLƏNİB

08 May 2024 , 20:48
Türkiyə-Azərbaycan biznes forumu keçirilib - YENİLƏNİB

Mayın 8-də Ankara şəhərində Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib.

"Operativ Media" xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Biznes Forumun açılışında iştirak ediblər.

Ə.Əsədov və C.Yılmaz açılış mərasimində çıxış ediblər.

Tədbirdə Azərbaycanda və Türkiyədə mövcud olan biznes və investisiya mühiti barədə məlumat verilib, iki ölkənin hökumətlərinin bundan sonra da biznes dairələri arasında dialoqun təşviqinə dəstək vermək əzmində olduqları bildirilib.

Biznes Forum çərçivəsində Azərbaycan və Türkiyənin iş adamları arasında ikitərəfli görüşlər keçirilib. 

***

19:00

Türkiyə-Azərbaycan biznes forumu başlayıb.

"Operativ Media" "Report"a istinadən xəbər verir ki, forumun açılış mərasimi Türkiyə Palatalar və Birjalar Birliyində baş tutub.

Tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz iştirak edir.

Forumda Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədovun çıxışları dinləniləcək. 

OXŞAR XƏBƏRLƏR
"Rusiya-Azərbaycan" dəyirmi masası keçirilib - FOTO

"Rusiya-Azərbaycan" dəyirmi masası keçirilib - FOTO

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Mikayıl Cabbarov İsmayıllıda  “Coca-Cola” şirkətinin təməlqoyma mərasimində iştirak edib

Mikayıl Cabbarov İsmayıllıda “Coca-Cola” şirkətinin təməlqoyma mərasimində iştirak edib

XƏBƏR LENTİ
  • Dünən
    23:12

    Zaxarova: "Rusiya İran prezidentinin olduğu helikopterin axtarışına yardım göstərməyə hazırdır"
  • Dünən
    22:54

    Türkiyə İrana axtarış-xilasetmə qruplarını göndərib
  • Dünən
    22:25

    İran prezidentinin helikopterinin sərnişinləri ilə əlaqə yaradılıb
  • Dünən
    22:12

    İraq Rəisinin olduğu helikopterin axtarışı üçün xilasetmə qrupları göndərir
  • Dünən
    22:04

    Aİ: “İran üçün “Copernicus” peyk xidmətini aktivləşdirdik”
  • Dünən
    21:41

    Rəsinin olduğu helikopteri axtaran 3 xilasedici itkin düşüb
  • Dünən
    21:17

    ABŞ: “Rəisinin helikopter qəzası ilə bağlı məlumatları izləyirik”
  • Dünən
    21:12

    "Mançester Siti" İngiltərə çempionu oldu
Menyu