Bakıdakı Dünya Kubokunda növbəti qaliblər müəyyənləşdi
Əziz Əzizli
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda 25 metr məsafəyə tapançadan atəş açma növündə qaliblər müəyyənləşib.
"Operativ Media" Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qızıl və gümüş medallar Koreyanı təmsil edən atletlərin hesabına yazılıb.
Yeji Kim qalib olub, Jiin Yanq ikinci yeri tutub. Almaniyanı təmsil edən Jozefin Eder bu Dünya Kubokunda ardıcıl ikinci dəfə bürünc medalın sevincini yaşayıb. Kim 42 dəfə dəqiq atəşlə həm də bu növdə yeni dünya rekorduna imza atıb.
Finalın ən sürpriz məqamı Almaniyanı təmsil edən Doren Vennekampın yarışı növbəti dəfə medalsız başa vurması olub