"Mastercard" Çində debet və kredit kartları ilə əməliyyatlara başlayır

Nərmin Qocamanlı
"Mastercard" Çində debet və kredit kartları ilə əməliyyatlara başlayır

ABŞ-ın ödəniş sistemi şirkəti "Mastercard"ın Çində yuan depozitləri ilə debet və kredit kartı əməliyyatlarına başladığı bildirilib.

"Operativ Media" Xinxua agentliyinə istinadən xəbər verir ki, "Mastercard"ın Çində "NetsUnion" ilə tərəfdaşlığı rəsmən fəaliyyətə başlayıb.


Şirkət 3 illik müraciət prosesindən sonra 2023-cü ilin noyabrında Çin Mərkəzi Bankı və Milli Maliyyə Tənzimləmə Administrasiyasından əməliyyat lisenziyası alıb.

"Mastercard"a verilən icazə Çinin ödəniş sistemləri bazarının xarici rəqabətə açılması istiqamətində bir addım kimi qiymətləndirilir.

Qeyd edək ki, "American Express"ə 2020-ci ildə ölkədə əməliyyat lisenziyası verilib, lakin şirkətin Çindəki tərəfdaşlığında nəzarət payı yoxdur.

Çində bank və kart əməliyyatlarında dövlətə məxsus "UnionPay" şirkəti üstünlük təşkil edir. Ölkədə “AliPay” və “WeChat Pay” onlayn ödəniş sistemlərindən də geniş istifadə olunur.

Digər xəbərlər