Premyer Liqa: Son çempion “Zirə”ni məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun daha bir oyunu keçirilib.
"Operativ Media" xəbər verir ki, çempion "Qarabağ" səfərdə "Zirə"nin qonağı olub. Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə yeganə qolu Ağdam təmsilçisinin hücumçusu Olavio Juninyo vurub. Braziliyalı forvard penaltini dəqiq yerinə yetirib. Bu qələbə ilə xallarını 79-a çatdıran "Qarabağ" liderliyini bir qədər də möhkəmlədib. 52 xalı olan "Zirə" isə 3-cü pillədə qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Kəpəz"i 5:1, "Turan Tovuz" isə "Araz-Naxçıvan"I/ı 1:0 hesabı ilə məğlub edib. Tura mayın 12-də keçiriləcək 2 görüşlə yekun vurulacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net