Menyu

Azərbaycanın daha dörd cüdoçusu “Böyük Dəbilqə”də mübarizəyə başlayır

Əziz Əzizli
Azərbaycanın daha dörd cüdoçusu “Böyük Dəbilqə”də mübarizəyə başlayır
1 dəq oxu

Bu gün Azərbaycanın daha dörd cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayır.

"Operativ Media" xəbər verir ki, son olaraq Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) tatamiyə çıxacaq.

Daha əvvəl Kamran Süleymanov (66 kq) bürünc medal qazanıb. Azərbaycan turnirdə 15 idmançı ilə təmsil olunur

Əlaqəli Xəbərlər