"Qəbələ" "Sabah"ı məğlub etdi
Əziz Əzizli
Bu gün Azərbaycan Premyer Liqasında 34-cü tura yekun vurulacaq.
"Operativ Media" xəbər verir ki, sonuncu oyun gününün ilk oyunu Qəbələdə baş tutub.
Burada “Qəbələ” avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sabah”la üz-üzə gəlib. Oyun meydan sahiblərinin qələbəsiylə başa çatıb.
Turun son matçı isə avrokuboklara digər iddialı “Sumqayıt”la “Səbail” arasında baş tutacaq.
Daha öncə “Neftçi” “Kəpəz”ə (5:1), “Turan Tovuz” “Araz-Naxçıvan”a (1:0), “Qarabağ” isə “Zirə”yə (1:0) qalib gəlib.
Azərbaycan Premyer Liqası
34-cü tur
12 may
“Qəbələ” – “Sabah” 2:0
Qollar: Əyyub Allaş, 33. Klesio Bauk, 45+1.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
Qəbələ şəhər stadionu, 17:00
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net