Menyu

Dieqo Simeone La Liqa rekordçusu oldu

Əziz Əzizli
Dieqo Simeone La Liqa rekordçusu oldu
1 dəq oxu

Madridin “Atletiko”sunun argentinalı baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasında topladığı xalların sayına görə rekordçu olub.

"Operativ Media" xəbər verir ki, İspaniya çempionatının 35-ci turunda "Atletiko" səfərdə "Selta"ya 1:0 hesabı ilə qalib gəlib.

2011-ci ildən "Atletiko" Dieqo Simeonenin rəhbərliyi altında 976 xal toplayıb.

O, Luis Araqonesin göstəricisini üstələyib: 973 bal.

İspaniyada 1995-ci ildən bəri qələbəyə görə 3 xal verilir.

Dieqo Simeone eyni zamanda İspaniya futbolunda bir komanda ilə 400 oyun qazanan ilk məşqçi oldu.

Əlaqəli Xəbərlər