Menyu

I Liqa oyununda VAR sistemindən istifadə ediləcək

Əziz Əzizli
I Liqa oyununda VAR sistemindən istifadə ediləcək
1 dəq oxu

Azərbaycan I Liqasında keçiriləcək “Qaradağ Lökbatan” – “Şamaxı” oyununda VAR (Video Köməkçi Hakim) sistemindən istifadə olunacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Çempionluq yolunda böyük əhəmiyyət kəsb edən qarşılaşma mayın 16-da, saat 17:00-da başlayacaq.

Qeyd edək ki, sona iki tur qalmış “Qaradağ Lökbatan” 53 xalla liderdir. Rəqibindən iki xal az toplayan qonaqlar ikinci pillədə qərarlaşıb.

Əlaqəli Xəbərlər