13 May 2024, 16:04
"Sabah"ın U-19 komandasına çempionluq kuboku verildi

AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb.
"Operativ Media" xəbər verir ki, 33 turdan ibarət çempionatı 75 xalla birinci pillədə tamamlayan “Sabah” komandası 2024/2025 mövsümündə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək. “Səbail” 65 xalla ikinci, “Neftçi” 64 xalla üçüncü yeri tutublar.
Ən yaxşı oyunçu -“Sabah”ın futbolçusu Həmzəalı Mikayılov
Ən məhsuldar futbolçu - 33 qolla “Səbail”in üzvü Amir Qəribov