Menyu

Qaluşenko: Münaqişə başlayandan Ukraynanın enerji sisteminə ciddi ziyan dəyib

Nərmin Qocamanlı
Qaluşenko: Münaqişə başlayandan Ukraynanın enerji sisteminə ciddi ziyan dəyib

Ukraynanın enerji sistemi 2024-cü ildə bütün münaqişə zamanı ən böyük ziyanı alıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin energetika naziri German Qaluşenko bildirib.

"Bu zərər hətta 2022 və 2023-cü illərlə müqayisədə daha böyükdür, - Qaluşenko deyib.

Ukraynalı nazir əlavə edib ki, son hücumlar nəticəsində ölkədə 8 giqavata qədər enerji istehsal edən elektrik stansiyaları qalmayıb. Onun sözlərinə görə, bu, çox böyük göstəricidir. O, qış aylarında orta hesabla 18 giqavat enerji istehsal olunduğunu açıqlayıb.

Teqlər:

"Qalu\u015fenko: M\u00fcnaqi\u015f\u0259 ba\u015flayandan Ukraynan\u0131n enerji sistemin\u0259 ciddi ziyan d\u0259yib"

Əlaqəli Xəbərlər