http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

“Şahdəniz”dən indiyədək nə qədər qaz ixrac olunub?

14 May 2024 , 12:17
“Şahdəniz”dən indiyədək nə qədər qaz ixrac olunub?

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 may 2024-cü il tarixinədək burada 439 milyard kubmetr qaz hasil olunub.

Energetika Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, hesabat dövründə AÇG-dən 220,7 milyard kubmetr, “Şahdəniz”dən isə 218,3 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 155,2 milyard kubmetri ixraca nəql edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar - aprel ayları üzrə operativ məlumatlara əsasən, 4 ay ərzində respublikada 16,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 4,4 milyard kubmetri AÇG, 9,2 milyard kubmetri “Şahdəniz”, 0,5 milyard kubmetri “Abşeron”, 2,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 0,5 milyard kubmetr artımla qaz hasil edilib.

“4 ay ərzində xaricə qaz satışı 8,5 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çoxdur. Avropaya 4,2 milyard kubmetr, Türkiyəyə 3,2 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 1,8 milyard kubmetr qaz nəql olunub”, - məlumatda qeyd olunur.

OXŞAR XƏBƏRLƏR
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu