Menyu

Bu ilin dörd ayında Azərbaycanda neft hasilatı 6 faiz azalıb

Nərmin Qocamanlı
Bu ilin dörd ayında Azərbaycanda neft hasilatı 6 faiz azalıb

Cari ilin yanvar-aprel aylarında ölkədə 9,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz azdır.

Energetika Nazirliyindən "Operativ Media"ya bildirilib ki, neft hasilatının 5,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,4 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,5 milyon ton təşkil edib.

Bu dövrdə 7,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 6,9 milyon tonu konsorsiumun, 1 milyon tonu isə SOCAR-ın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il mayın 1-dək 636,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 590,2 milyon ton neft, “Şahdəniz”dən isə 46 milyon tona yaxın kondensat çıxarılıb. Bunun təqribən 634,2 milyon tonu ixraca nəql edilib.

Bu ilin yanvar-aprel aylarında ölkədə neftin emalı ötən illə eyni səviyyədə, yəni 2,2 milyon tona yaxın təşkil edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər