Naxçıvan iqtisadiyyatı 2,6 faiz artıb
Nərmin Qocamanlı
Cari ilin yanvar-aprel aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 424 milyon 762 min 800 manat olub.
"Operativ Media" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2023-ci ilin müvafiq dövründəki göstəricidən 2,6 faiz çoxdur.
Bəhs olunan dövrdə əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2 faiz artaraq 905,9 manat olub. Həmçinin bu ilin yanvar-aprel aylarında muxtar respublikada 171 milyon 191 min 800 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 10,9 faiz üstələyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net