PSJ-nin 25 yaşlı hücumçusu Kilian Mbappe Fransa Futbolçular və Məşqçilər İttifaqının (UNFP) versiyasına görə başa çatan Fransa çempionatının ən yaxşı oyunçusu seçilib.
"Operativ Media" xəbər verir ki, bu haqda qurumun saytı məlumat yayıb.
Cari Fransa çempionatında Mbappe 29 matçda iştirak edib, 27 qol vurub, 7 məhsuldar ötürmə edib.
Mbappe mövsüm bitdikdən sonra PSJ-dən ayrılacağını açıqlayıb.
Onun karyerasını Madrid "Real"ında davam etdirəcəyi gözlənilir.