http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Gənc zabitlərin püşkatması keçirilib

15 May 2024 , 09:52
Gənc zabitlərin püşkatması keçirilib

Müdafiə Nazirliyinin müxtəlif qoşun növlərində müvafiq ixtisaslar üzrə zabit qismində xidmət etmək arzusunda olan ali təhsilli gənclər üçün təşkil olunmuş "Ehtiyat zabit hazırlığı kursu" başa çatıb.

Müdafiı Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən kursu müvəffəqiyyətlə bitirənlərə müdafiə nazirinin müvafiq əmrinə əsasən “leytenant” hərbi rütbəsi verilib.

Gənc zabitlərin hərbi hissələrə təyinatı püşkatma yolu ilə həyata keçirilib.

Yaxın günlərdə təyin olunduqları xidmət yerlərinə yola düşəcək gənc zabitlər yiyələndikləri ixtisaslar üzrə Azərbaycan Ordusunun birlik və birləşmələrində xidmət edəcəklər.

Qeyd edək ki, cari ilin may ayının 1-dən etibarən Milli Müdafiə Universiteti Azərbaycan Ordusunda "Psixoloq" vəzifələri üçün "Ehtiyat zabit hazırlığı kursu"na namizəd qəbulu elan edib.

Ali təhsil müəssisəsini "Psixologiya", "Sosiologiya", "Sosial iş" və "Təhsildə sosial-psixoloji xidmət" ixtisaslarından biri üzrə ən azı bakalavr səviyyəsində bitirmiş, Azərbaycan Ordusunda ən azı 9 (doqquz) ay müddətli həqiqi hərbi xidmət keçmiş, 30 yaşınadək ali təhsilli əsgərlər, matroslar və çavuşlar, həmçinin müddətli həqiqi hərbi xidmətini başa vurmuş 30 yaşınadək ali təhsilli ehtiyatda olan kişi cinsli hərbi vəzifəlilər, habelə qadınlar mayın 20-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Ətraflı məlumat üçün bu linkdən istifadə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu