Rusiya ilə Əfqanıstan arasında ticarət dövriyyəsi milyard dollara çatıb
Nərmin Qocamanlı
Taliban (BMT tərəfindən terrorçu kimi tanınan hərəkat) hakimiyyətə gəldikdən sonra Rusiya ilə Əfqanıstan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb.
"Operativ Media" xəbər verir ki, bunu Əfqanıstandakı Rusiya Biznes Mərkəzinin rəhbəri Rüstəm Xabibullin RİA-ya bildirib.
“Rusiya ilə Əfqanıstan arasında ticarət dövriyyəsi yüksək templə artır, məsələn, əgər 2022-ci ildə bu, təxminən 170 milyon dollar idisə, indi, bir milyard dollar həddini keçib”, - deyə Xabibullin bildirib.
Teqlər:
"Rusiya il\u0259 \u018ffqan\u0131stan aras\u0131nda ticar\u0259t d\u00f6vriyy\u0259si milyard dollara \u00e7at\u0131b"