Menyu

“Aston Villa” 41 ildən sonra ilk dəfə Çempionlar Liqasında çıxış edəcək

Əziz Əzizli
“Aston Villa” 41 ildən sonra ilk dəfə Çempionlar Liqasında çıxış edəcək
1 dəq oxu

41 ildən sonra “Aston Villa” yenidən Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.

"Operativ Media" xəbər verir ki, Premyer Liqanın 34-cü turunda 4-cü yer uğrunda mübarizə aparan görüşdə "Tottenhem" "Mançester Siti"yə 0:2 hesabı ilə uduzub, bunun sayəsində "Aston Villa" çempionatın bitməsinə bir tur qalmış 68 xalla  dördüncü yeri və Çempionlar Liqasına vəsiqəni təmin edib.

“Tottenhem” 63 xalla 5-cidir və Avropa Liqasının qrup turnirində iştirak edəcək.

İlk üçlüyə daxil olan “Mançester Siti”, “Arsenal” və “Liverpul” da İngiltərəni Çempionlar Liqasında təmsil edəcək.

Əlaqəli Xəbərlər