15 May 2024, 13:47
Erlinq Holann Premyer Liqa rekorduna imza atıb
Erlinq Holann Premyer Liqa rekorduna imza atıb şəkil
Erlinq Holann Premyer Liqa rekorduna imza atıb

İngiltərə çempionu və kubokun qalibi "Mançester Siti"nin 23 yaşlı norveçli hücumçusu Erlinq Holann Premyer Liqada keçirdiyi ilk iki mövsümdə 65 matçda 63 qol vuraraq rekord göstəriciyə imza atıb.

"Operativ Media" "Opta"ya istinadən xəbər verir ki, Premyer Liqada ilk iki mövsümündə 55 qol vuran "Nyukasl Yunayted"in sabiq hücumçusu Endi Koul ikinci yerdədir.

Cari İngiltərə çempionatının  matçında “Mançester Siti” Erlinq Holannın dublu sayəsində “Tottenhem”i 2:0 hesabı ilə məğlub edib və 88 xalla liderdir. Son tur öncəsi kataloniyalı Xosep Qvardiolanın rəhbərlik etdiyi komanda 2-ci pillədə qərarlaşan “Arsenal”dan 2 xallıq üstünlüyə malikdir.

Erlinq Holann 27 qolla cari çempionatın ən yaxşı bombardiridir.

Son xəbərlər
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib
Prezident Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edilib
Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib
FHN yanğın təhlükəli şadlıq saraylarının fəaliyyətini dayandırıb
Azərbaycanın 3 boksçusu beynəlxalq turnirdə finala vəsiqə qazanıb
XİN: Qırğızıstan ilə Tacikistan arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında sazişin imzalanmasını  alqışlayırıq
Ötən gün 43 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb