http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"Burberry"nin illik mənfəəti 40 faiz azalıb

15 May 2024 , 14:10
"Burberry"nin illik mənfəəti 40 faiz azalıb

Britaniyanın premium geyim və aksessuarlar istehsalçısı "Burberry" 2024-cü ilin yekun rübü və tam maliyyə ili üçün ilkin nəticələri açıqlayıb.

"Operativ Media" xəbər verir ki, "Burberry"nin maliyyə ili üçün ümumi gəliri 2,968 milyard funt-sterlinq təşkil edib; Bu, əvvəlki illə müqayisədə 4% azdır. Vergidən əvvəl mənfəət isə 2023-cü maliyyə ili ilə müqayisədə 40% azalaraq 383 milyon funt-sterlinqə düşüb.

Şirkət "lüks bazarda tələbin ümumi yavaşlamasını" əsas gətirərək nəticələrin gözləntilərindən daha pis olduğunu etiraf edib. Eyni zamanda, "Burberry" çətin bazar şərtləri qarşısında marka imicini dəyişdirmək və əməliyyatları təkmilləşdirmək işini uğurla davam etdirdiyini bildirib. Mütəxəssislər qeyd ediblər ki, hazırda şirkətdə aparılan islahatlar bazarda tələbin azalması ilə üst-üstə düşür və bu, xüsusilə Asiya-Sakit Okean regionunda Çin iqtisadiyyatının zəif bərpası və ləngiməsi səbəbindən özünü büruzə verir. 2024-cü ilin dördüncü rübündə "Burberry"nin Asiya-Sakit Okean satışları da 17% azalıb ki, bu da bütün regionlar arasında ən yüksək azalmadır.

OXŞAR XƏBƏRLƏR
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu