SOCAR-la “Tatneft” arasında əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalanıb
“Rusiya – İslam dünyası: KazanForumu” XV Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiyanın Tatarıstan Respublikasının “Tatneft” PSC-nin baş direktoru Nail Maqanov ilə səmərəli görüş keçirdik.
“Operativ Media” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “X” sosial şəbəkəsindəki hesabında yazıb.
"Görüş çərçivəsində əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalandı, qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıldı", - R.Nəcəf qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma