Menyu

Simeonenin rəhbərliyi altında "Atletiko" 12 il ardıcıl Çempionlar Liqasına vəsiqə qazanır

Əziz Əzizli
Simeonenin rəhbərliyi altında "Atletiko" 12 il ardıcıl Çempionlar Liqasına vəsiqə qazanır
1 dəq oxu

Argentinalı baş məşqçi Dieqo Simeonenin rəhbərliyi altında Madrid “Atletiko”su 12 il ardıcıl Çempionlar Liqasına vəsiqə qazanıb.

"Operativ Media" xəbər verir ki, La Liqanın 36-cı turunda səfərdə fransalı hücumçu Antuan Qrizmannın het-triki sayəsində "Xetafe"ni 3:0 hesabı ilə məğlub edən "Atletiko" çempionatın başa çatmasına iki tur qalmış 73 xalla ən azı dördüncü yeri təmin edib. 

Dieqo Simeone 2011-ci ilin dekabrın 23-dən "Atletiko"ya rəhbərlik edib. 

Əlaqəli Xəbərlər