http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ötən ay Dövlət Vergi Xidmətinə edilən şikayətlərin sayı azalıb

16 May 2024 , 14:48
Ötən ay Dövlət Vergi Xidmətinə edilən şikayətlərin sayı azalıb

Cari ilin aprel ayı ərzində ümumilikdə vergi orqanlarına 42 min 441 müraciət daxil olub ki, bunun da 97,1 faizi ərizə, 2,8 faizi şikayət, 0,1 faizi təklif olub.

"Operativ Media" Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, daxil olmuş müraciətlərdən 46,9 faizinin baxılması həmin hesabat ayı ərzində başa çatdırılıb, 53,1 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 79,2 faizi həll olunub, 19-u barədə müvafiq izahat verilib, digəriləri barədə qanuna müvafiq qərarlar qəbul edilib.

Ay ərzində daxil olmuş şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,1 faiz azalaraq 807 olub. Həll edilmiş 134 faktiki şikayətin böyük əksəriyyəti (62 faiz) kameral vergi yoxlaması, 12 faizi şəxsi hesab vərəqələri, 9,7 faizi sosial sığorta ödənişləri, digəriləri vergi borcu, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması və əvəzləşdirilməsi, vergi mükəlləfiyyətləri (növləri), vergiödəyicisinin qeydiyyatı və digər məsələlərlə bağlı olub.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 66, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 5 vətəndaşın qəbulu təşkil edilib.

Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanuna müvafiq izahatlar verilib.

OXŞAR XƏBƏRLƏR
Maliyyə Nazirliyi: "Fitch"in Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəltməsi qərarını təqdir edirik

Maliyyə Nazirliyi: "Fitch"in Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəltməsi qərarını təqdir edirik

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

DGK: Yanvar-iyun aylarında dövlət mülkiyyətinə vurulan ziyanın 86,7 faizi ödətdirilib

DGK: Yanvar-iyun aylarında dövlət mülkiyyətinə vurulan ziyanın 86,7 faizi ödətdirilib

XƏBƏR LENTİ
  • 11:39

    DİN: Xankəndidən 24 avtomat silahı aşkarlanaraq götürülüb
  • 11:24

    Amerikalı səyyah: Qarabağdakı dəyişikliklərdən təsirləndim
  • 11:10

    Şəki və Zaqatala ərazisindəki çaylardan sel keçib
  • 11:06

    Bu ilin 6 ayında əhaliyə 4,4 mlrd. manata yaxın sosial ödənişlər edilib
  • 11:04

    Paris-2024: Azərbaycanlı badmintonçu məğlubiyyətlə başladı
  • 10:54

    Dünya fond bazarlarının əsas indeks göstəriciləri
  • 10:52

    DİN: Dələduzluğa görə axtarılan şəxslər saxlanılıb
  • 10:44

    Fərid Hüseynov: "Bakı-Füzuli-Bakı aviareysi Qarabağın digər ərazilərinə rahat səfər imkanı yaradacaq"
Menyu