16 May 2024, 18:57
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib şəkil
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib

Azərbaycan və Dünya Bankı arasında bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi (AZURE) layihəsi ilə bağlı müzakirələr aparılıb.

“Operativ Media”nın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu müzakirələr nazir müavini Samir Vəliyevin Dünya Bankının nümayəndə heyəti ilə keçirilən görüşündə aparılıb.

Bildirilib ki, müzakirələr zamanı AZURE layihəsi ilə bağlı görülmüş tədbirlər dəyərləndirilib, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən həyata keçiriləcək 1 QVt gücündə günəş və külək elektrik stansiyalarının ötürücü şəbəkəyə qoşulması ilə bağlı görülmüş işlər nəzərdən keçirilib.

Həmçinin, 445 MVt gücündə “Biləsuvar” və 315 MVt gücündə “Bankə” günəş elektrik stansiyalarının şəbəkəyə qoşulması ilə bağlı həyata keçiriləcək tədbirlər və atılacaq növbəti addımlar müzakirə olunub. Layihələrin ötürücü şəbəkəyə qoşulması üçün elektrik verilişi xətlərinin tikintisinin icra qrafikinə uyğun təmin edilməsi prosesinin sürətləndirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə, həmçinin enerji sahəsində əməkdaşlıqdan irəli gələn digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
İsrailin təhlükəsizlik naziri istefa verib
Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
19 Yanvar 2025, 13:07
Lavrov: Obamanın Trampın andiçməsindən əvvəl tətbiq etdiyi sanksiyalar qeyri-etik addım idi
İmişlidə xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib
Sabah yağış yağacaq, güclü külək əsəcək
200 min suriyalı qaçqın ölkəsinə qayıdıb
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
19 Yanvar 2025, 11:55
Azərbaycan PL: "Kəpəz" "Turan Tovuz"a, "Neftçi" "Sabah"a qarşı