16 May 2024, 21:30
"Beşiktaş" və "Fənərbağça" "Qarabağ"ın futbolçusunu istəyir
"Beşiktaş" və "Fənərbağça" "Qarabağ"ın futbolçusunu istəyir şəkil
"Beşiktaş" və "Fənərbağça" "Qarabağ"ın futbolçusunu istəyir

"Beşiktaş" və "Fənərbağça" "Qarabağ"ın futbolçusu Leandro Andradeni heyətinə qatmaq istəyirlər.

"Operativ Media" xəbər verir ki, bu barədə Portuqaliyanın "A Bola" nəşri məlumat yayıb.

İstanbul klubları artıq həm yarımmüdafiəçinin agenti, həm də komandası ilə təmas qurublar. Amma "Qarabağ" Türkiyə təmsilçilərinin ilk təklifini geri çevirib. "Köhlən atlar" 24 yaşlı kabo-verdelinin müqaviləsində göstərilən 4 milyon avro dəyərində sərbəstqalma məbləğinin ödənilməsini istəyir.

Türkiyə klublarından başqa Rusiya təmsilçilərinin də Andradenin agenti ilə əlaqə saxladığı vurğulanıb.

Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm 54 oyunda meydana çıxıb, 13 qol vurub və 18 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Qarabağ"la sözləşməsi 2027-ci ilin yayına kimidir

Son xəbərlər
Bu gün Azərbaycanda 13 mindən çox ağac əkilib
Azərbaycan cüdoçuları beynəlxalq turnirdə iştirak edəcək
Qar uçqununa düşən hərbçilərin nəşləri tapılıb
21 Mart Türkiyədə Bahar və qardaşlıq bayramı elan ediləcək
Fernandu Santuş: "Sabahkı matç bizim üçün çox vacibdir"
Bəhlul Mustafazadə: "Bizim üçün önəmli olan düzgün oynamaq və qalib gəlməkdir"
Aİ-nin xüsusi nümayəndəsi: Azərbaycan və Ermənistanla danışıqlar əhəmiyyətlidir
21 Mart 2025, 16:48
Son iki gündə Bakıdan bölgələrə 28 minə yaxın sərnişin daşınıb