Naxçıvanda 2987 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
Nərmin Qocamanlı
Bu ilin yanvar-aprel ayları ərzində Naxçıvan Muxtar Respublikasında 2987 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
"Operativ Media" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin məlumatına görə, cari ilin ilk 4 ayı ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 1097-i fərdi yaşayış evi, 490-ı mənzil, 1237-i torpaq sahəsi, 50-i qeyri-yaşayış binası, 98-i qeyri-yaşayış sahəsi, 12-i əmlak kompleksi, 2-i bağ evi,1-i isə çoxmərtəbəli yaşayış binasıdır.
Qeyd olunan dövrdə 2055 texniki pasport tərtib edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net