Bu ilin ilk 4 ayında Naxçıvanda 13 layihəyə 284 min manat vəsait sərf olunub
Nərmin Qocamanlı
Bu ilin yanvar-aprel ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən Naxçıvan Muxtar Respublikasında 13 layihə maliyyələşdirib.
"Operativ Media" Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, həmin layihələrin maliyyələşdirilməsinə 284 min manat vəsait sərf olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.
Cari ilin yanvar-aprel ayları ərzində qaytarılan kreditlərin həcmi 2,3 milyon manat təşkil edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 42,8 faiz çoxdur.
Hesabat dövründə 401,1 min manat vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi təmin edilib ki, bu da 2023-cü ilin eyni dövrünün göstəricisini 2,9 dəfə üstələyir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net