Menyu

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Nərmin Qocamanlı
Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ildə də davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, bu ilin yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 2 milyard 914 milyon manat vəsait ödənilib.

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 288 milyon manat və ya 11 faiz çoxdur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər