Dünya çempionatının ikinci günündə 4 cüdoçumuz mübarizəyə başlayacaq
Əziz Əzizli
20 mayda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Dünya çempionatının ikinci günündə 3 çəki dərəcəsində 4 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
"Operativ Media" xəbər verir ki, kişilər arasında -66 kq. çəki dərəcsində Yaşar Nəcəfov və Kamran Süleymanov, -73 kq. çəkidə Hidayət Heydərov, qadınlar arasında isə -57 kq. çəkidə Acelya Toprak tatamiyə çıxacaq.
Çempionatın ilkin görüşləri Bakı vaxtı ilə saat 10:30-da, final görüşləri isə saat 18:00-da başlayacaq. Yarışı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.
Teqlər:
"D\u00fcnya \u00e7empionat\u0131n\u0131n ikinci g\u00fcn\u00fcnd\u0259 4 c\u00fcdo\u00e7umuz m\u00fcbariz\u0259y\u0259 ba\u015flayacaq"