Menyu

“Brest” ilk dəfə Fransa çempionatının medallarını və ÇL-ə vəsiqə qazanıb

Əziz Əzizli
“Brest” ilk dəfə Fransa çempionatının medallarını və ÇL-ə vəsiqə qazanıb
1 dəq oxu

“Brest” tarixində ilk dəfə Fransa çempionatının medallarını qazanıb.

"Operativ Media" xəbər verir ki, son turda “Tuluza”ya 3:0 hesabı ilə qalib gələn “Brest” 61 xalla üçüncü yeri tutub.

Buna qədər “Brest”in Fransa çempionatında ən yaxşı nəticəsi 1986-1987-ci illər mövsümündə 8-ci yer olub.

“Brest” ilk dəfə Çempionlar Liqasının qrup turnirində meydana çıxacaq.

Əlaqəli Xəbərlər