"Real Madrid"in prezidenti Arda Güləri komandada saxlamaq istəyir
Əziz Əzizli
"Real Madrid"də çıxış edən türkiyəli futbolçu Arda Gülər La Liqanın 37-ci həftəsində komandasının "Vilyarreal"la səfərdə 4-4 bərabərə qaldığı matçda 2 qol vuraraq ulduzlaşıb.
"Operativ Media" xəbər verir ki, Arda ardıcıl uğurlu çıxışları ilə İspaniya mətbuatında gündəm olarkən, La Liqada cəmi 373 dəqiqə oynaması və 6 qol vurması böyük marağa səbəb olub.
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Vilyarreal" matçından sonra keçirilən mətbuat konfransında türkiyəli futbolçu haqqında danışıb:
"O, hücumda xüsusi işlər gördü. Rəqib qapıya nə qədər yaxın olsa, bir o qədər yaxşı oynayır. O, çox səmərəli oynayır və xüsusi istedadı var".
"Defensa Central"in xəbərinə görə İspaniya klubunun prezidenti Florentino Peres 19 yaşlı futbolçu ilə yeni müqavilə imzalanacağına işarə edib.
Perez Arda Gülərin "Real Madrid"dəki gələcəyi ilə bağlı açıq açıqlamalar verib və "Gələn il bu səviyyədə oynasa, müqaviləsini yaxşılaşdıracağıq. O, buna layiqdir" deyə bildirib.
Teqlər:
"\"Real Madrid\"in prezidenti Arda G\u00fcl\u0259ri komandada saxlamaq ist\u0259yir"