Azərbaycan karateçiləri AÇ-də üç medal qazandılar
Əziz Əzizli
Azərbaycanın üç təmsilçisi Almaniyanın Reqensburq şəhərində keçirilən karate-do üzrə Avropa çempionatında medal qazanıblar.
"Operativ Media" xəbər verir ki, İmran Quluzadə (72 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.
Fuad Əliyev (+80 kq) bürünc medalla kifayətlənib.
Azərbaycan komanda yarışında da fərqlənib. İmran Quluzadə, Fuad Əliyev və Mehman Eynalovdan ibarət heyət Avropa çempionatını üçüncü yerdə başa vurub.
Qeyd edək ki, komandaya yarışda Azərbaycan Karate Federasiyasının Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi rəhbərlik edib
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net