Menyu

"Panatinaikos" türk futbolçunu heyətdən kənarlaşdırdı

Əziz Əzizli
"Panatinaikos" türk futbolçunu heyətdən kənarlaşdırdı

Yunanıstanın "Panatinaikos" klubu Türkiyə millisinin üzvü Samet Akaydını heyətdən kənarlaşdırıb.

"Operativ Media" türkiyəli idman jurnalisti Yağız Sabuncuoğluna istinadən xəbər verir ki, buna səbəb futbolçunun instaqram hesabında etdiyi paylaşım olub.

Belə ki, Samet Akaydın instaqram hesabından Mustafa Kemal Atatürk şəklini paylaşaraq 19 may Gənclik və İdman gününü qeyd edib.

Klub paylaşımın silinməsini istəsə də, futbolçu bunu rədd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər