Mövsümün əvvəlində "Sion"dan "Adana Dəmirspor"a qayıdan Mario Balotelli ikinci dönəminə "Mavi Şimşək"də başlayıb. "Adana Dəmirspor"la 1+1 illik müqavilə imzalayan Balotelli gələcəyi ilə bağlı qərarını verib.
"Operativ Media" xəbər verir ki, Serxio Aqueronun canlı yayım qonağı olan Balotelli seçimindən istifadə etməyəcəyini və mövsümün sonunda "Adana Dəmirspor"dan ayrılacağını açıqlayıb.
Balotelli "Adana Dəmirspor"la müqaviləm sona çatır. Arzum "Boka Xuniors"da, Bombonerada oynamaqdır" deyə bildirib.
İtalyan ulduzun bu sözlərindən sonra Aquero "Boka Xuniors"un prezidenti Xuan Roman Rikelmeyə səsli mesaj göndərərək "Mario Balotelli Bomboneranı xəyal edir. İyun ayında azad agent olacaq" deyib.
Bu mövsüm Super Liqada 16 matça çıxan Balotelli 939 dəqiqə meydanda qalıb,7 qol vurub, 1 məhsuldar ötürmə edib.