Menyu

Bu gün Qubada II Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirililir

Nərmin Qocamanlı
Bu gün Qubada II Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirililir

Azərbaycan - Özbəkistan regionlararası əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları müzakirə olunacaq, Azərbaycan-Özbəkistan İşgüzar Şurasının 4-cü iclası keçiriləcək, bir sıra ikitərəfli sənədlər imzalanacaq.

İqtisadiyyat Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Qubada Azərbaycanın İqtisadiyyat və Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə II Azərbaycan - Özbəkistan Regionlararası Forumu keçirilir.

Hər iki ölkədən dövlət qurumları və özəl sektoru təmsil edən nümayəndələrin iştirak edəcəyi forumda Azərbaycan - Özbəkistan regionlararası əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları nəzərdən keçiriləcək, ölkələrin işgüzar mühiti, investisiya layihələri barədə təqdimatlar, həmçinin Azərbaycan-Özbəkistan İşgüzar Şurasının 4-cü iclası keçiriləcək. Tədbir çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, I Regionlararası Forum ötən ilin fevralın 24-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilmişdi.

Teqlər:

"Bu g\u00fcn Qubada II Az\u0259rbaycan-\u00d6zb\u0259kistan Regionlararas\u0131 Forumu ke\u00e7irililir"

Əlaqəli Xəbərlər