Menyu

Toni Kroos karyerasını bitirəcəyi tarixi açıqladı

Əziz Əzizli
Toni Kroos karyerasını bitirəcəyi tarixi açıqladı
1 dəq oxu

Almaniya millisinin və "Real Madrid" klubunun futbolçusu Toni Kroos futboldan gedəcəyi tarixi açıqlayıb.

"Operativ Media" xəbər verir ki, o Avro-2024 turnirindən sonra "Real Madrid"dən ayrılacağını və təqaüdə çıxacağını bildirib.

"Bu qərar o deməkdir ki, mənim aktiv futbolçu karyeram 2024-cü il Avropa Futbol Çempionatından sonra başa çatacaq. Həmişə dediyim kimi, "Real Madrid" mənim son klubum olacaq."

Əlaqəli Xəbərlər