21 May 2024, 15:47
Fransa millisinin üzvü "Real Madrid"ə finalda kömək edə bilməyəcək

İspaniyanın yeni çempionu "Real Madrid"in və Fransa millisinin 24 yaşlı yarımmüdafiəçisi Aurelien Tçuameni sol dabanından aldığı zədəsinə görə Çempionlar Liqasının finalını buraxacaq.
"Operativ Media" xəbər verir ki, bu haqda "Marca" nəşri məlumat yayıb.
Aurelien Tçuameni Çempionlar Liqasının yarımfinalında Münhen "Bavariya"sı ilə cavab oyununda (2:1) zədələnib.
İyunun 1-də Londonun “Uembli” stadionunda “Real” Dortmund “Borussiya”sı ilə qarşılaşmada çempionluq uğrunda mübarizə aparacaq.
Aurelien Tçuameni Fransa yığmasına dəvət alıb və iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək Avro-2024-ə hazırlaşacaq.
Son mövsümdə Aurelien Tçuameni 38 matçda iştirak edib, 3 qol vurub, 1 qol ötürməsi edib.