21 May 2024, 21:04
Azərbaycan Orta Dəhlizlə yük daşımaların həcmini 35 faiz artırıb
Azərbaycan Orta Dəhlizlə yük daşımaların həcmini 35 faiz artırıb şəkil
Azərbaycan Orta Dəhlizlə yük daşımaların həcmini 35 faiz artırıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) cari ilin dörd ayı ərzində Orta Dəhlizlə yük daşımalarının həcminin 2023-cü illə müqayisədə 35 faiz artırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ADY sədri Rövşən Rüstəmov Çində Orta Dəhliz və Azərbaycanın bu dəhlizdəki mühüm rolundan danışarkən bildirib.

Bildirilib ki, Çinin Sian limanından bu dəhlizlə ümumilikdə 60 blok qatar yola salınıb.

Tərəflər Orta Dəhlizin rəqabət və yükdaşıma qabiliyyətini artırmaq üçün Çin tərəfinin dəmir yolu ilə tranzit daşımaların və Azərbaycan ərazisindən keçən tranzit marşrutu üzrə daşımaların subsidiyalaşdırılması haqqında fikir mübadiləsi aparıb. ADY-nin Qərb-Şərq istiqamətində Türkiyə və Azərbaycandan Çinə qayıdan yük axınının formalaşdırılmasına kömək etməyə hazır olduğunu bildirilib. 

Son xəbərlər
8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib
Rayonlara yağış və qar yağacaq - XƏBƏRDARLIQ
Britaniya və İrlandiyada minlərlə hava reysi təxirə salınıb
BDYPİ sürücülərə müraciət edib
Təlim-metodiki toplanış keçirilib
Sabah yağış yağacaq - PROQNOZ
DİN: 41 min dollarlıq dələduzluq edən şəxslər saxlanılıb
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir