Dünyanın ən etibarlı avtomobillərinin siyahısı açıqlanıb.
"Operativ Media" xəbər verir ki, reytinq "HotCars" portalı tərəfindən hazırlanıb.
Siyahıya 805 min kilometrdən çox məsafə qət edə bilən avtomobillər daxildir.
Reytinqdə 2010-2015 Hyundai Elantra başçılıq edir. Avtomobil 132 at gücünə malik 1,6 litrlik mühərriklə təchiz edilib. 1,6 milyon km-dən çox məsafə qət etməyə qadirdir.
İkinci yeri 1988-2002-ci il istehsalı olan Chevrolet Silverado pikapı, üçüncü yeri isə 2011-2016-cı il istehsalı olan Ford Super Duty avtomobili tutub.
İlk beşliyə 2005-2015 Toyota Tacoma və 1973-1989 Porsche 911 Turbo da daxildir.
Reytinqdə sonrakı yerləri 1990-1993 Honda Accord, 1993-1996 Mercedes-Benz E-Class və 1997-2004 Chevrolet Corvette tutur.