2023-cü ildə Tacikistan və Azərbaycan arasında ticarət dövriyyəsi 20 faiz artıb.
"Operativ Media" xəbər veror ki, bu barədə “Xovar” AMİT İqtisadi İnkişaf və Ticarət Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2022-ci illə müqayisədə 1,2 milyon dollar, yəni 19,4% artaraq 7,4 milyon ABŞ dolları təşkil edib.
"2023-cü ildə Tacikistanın xarici ticarət dövriyyəsinin ümumi həcmində Azərbaycanla mal dövriyyəsinin xüsusi çəkisi 0,1 faiz təşkil edib. Qarşılıqlı mal dövriyyəsində 0,6 milyon ABŞ dolları ixrac, 6,8 milyon ABŞ dolları isə idxalın payına düşür. 2024-cü ilin üç ayında Azərbaycanla qarşılıqlı xarici ticarətin həcmi 0,5 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon dollar, yəni 66,7 faiz azdır", - məlumatda qeyd olunub.