Bu ilin üç ayında Tacikistanın xarici ticarət dövriyyəsinin ümumi həcmində Azərbaycanla ticarət dövriyyəsinin xüsusi çəkisi 0,02 faiz təşkil edib.
"Operativ Media" xəbər verir ki, bu barədə “Xovar” İqtisadi İnkişaf və Ticarət Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsində ixrac 0,2 milyon ABŞ dolları, idxal isə 0,3 milyon ABŞ dolları təşkil edir.
"2022-2023-cü illərdə Tacikistandan Azərbaycana əsasən yerfındığı, süd məhsulları, quş yumurtaları, meyvələr, tütün və onun əvəzediciləri və ilkin alüminium ixrac edilib. Azərbaycandan Tacikistana müxtəlif təmizlənmiş yağ turşuları, elektrik maşın və avadanlıqları, bitki və heyvan yağları, yağlı toxumlar və meyvələr, yağ və neft məhsulları, şəkər və qənnadı məmulatları, mebel və digər məhsulları, elektrik nəqliyyat vasitələri, avadanlıqlar, neft məhsulları və ərzaq idxal olunur", - məlumatda qeyd olunub.