Menyu

Bəzi hotellər COP29-la bağlı aparılan ulduz təsnifatından keçə bilməyib

Redaksiya
Bəzi hotellər COP29-la bağlı aparılan ulduz təsnifatından keçə bilməyib

“Bəzi hotellər COP29-la bağlı aparılan ulduz təsnifatından keçə bilməyib”.

"Operativ Media" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova COP29 zamanı xarici qonaqların yerləşdirilməsi və turizm imkanlarının təqdimatı mövzusunda keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, bəzi hotellərin qonaq qəbul etməsi ilə bağlı vəziyyəti qənaətbəxş olsa da, qanunvericiliklə tənzimlənən qaydalara uyğun deyil: “Ancaq həmin hotellər digər platformalardan öz satışlarını həyata keçirəcəklər. Dövlət Turizm Agentliyi həmin hotellərə nəzarət edəcək. Buna səbəb gələn qonaqların hər hansı problem yaşamasının qarşısını almaqdır”, - deyə A.Hüseynova əlavə edib.

Teqlər:

"B\u0259zi hotell\u0259r COP29-la ba\u011fl\u0131 apar\u0131lan ulduz t\u0259snifat\u0131ndan ke\u00e7\u0259 bilm\u0259yib"

Əlaqəli Xəbərlər