24 May 2024, 11:53
Aprel ayı ərzində 195-1 Çağrı Mərkəzinə 73 mindən çox müraciət olub
Aprel ayı ərzində 195-1 Çağrı Mərkəzinə 73 mindən çox müraciət olub şəkil
Aprel ayı ərzində 195-1 Çağrı Mərkəzinə 73 mindən çox müraciət olub

2024-cü ilin aprel ayı ərzində 65289 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə ümumilikdə, 73147 müraciət olub.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Qeyd edək ki, vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan stasionar telefonla birbaşa zəng etmək olar. Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.

Son xəbərlər
Türkiyə Prezidenti Avropa Komissiyasının sədri ilə Suriyadakı vəziyyəti müzakirə edib
Ərdoğan İtaliyanın Baş naziri ilə telefon danışığı aparıb
Elektron alış aktının tətbiqi ilə bağlı qaydalarda dəyişikliklər edilib
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
"Qarabağ" İsveçə yollandı - FOTOLAR
On bir ayda 7,254 ton tütün xammalı ixrac olunub
XİN: Suriyada baş verən prosesləri izləyirik
MN: Komando bölmələrinin döyüş hazırlığı yüksək səviyyədə saxlanılır