Ərdoğan: Ukrayna və Qəzzadakı vəziyyət qlobal nizamın acizliyini göstərir

Nərmin Qocamanlı
Ərdoğan: Ukrayna və Qəzzadakı vəziyyət qlobal nizamın acizliyini göstərir

"Ukrayna və Qəzzadakı vəziyyət beynəlxalq təhlükəsizlik sistemində təcili dəyişikliklərə ehtiyac olduğunu ortaya qoyub".

"Operativ Media" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Beynəlxalq təhlükəsizlik sistemi tarazlığını itirib, qeyri-müəyyənlik artıb, qeyri-sabitlik və xaos dünyanın hakim rənginə çevrilib", - Türkiyə lideri bu gün İstanbulda çıxışı zamanı deyib .

Onun sözlərinə görə, dünyanın epidemiyanın dağıntılarından xilas olmadığı bir vaxtda Rusiya-Ukrayna münaqişəsi başlayıb və buna Qəzza böhranı da əlavə edilib.

Digər xəbərlər