SOCAR-ın xarici investisiya layihələrində iştirakı müzakirə olunub
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurası şirkətin 2024-cü il üzrə dürüstləşdirilmiş büdcəsini təsdiq edib.
"Operativ Media" bu barədə SOCAR-a istinadən xəbər verir.
Bildirilir ki, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda ilk öncə şirkətin 2023-cü il üzrə fəaliyyət nəticələrinə dair təqdimat dinlənilib, həmçinin şirkətin ötən ilin nəticələri üzrə audit olunmuş maliyyə hesabatı təsdiq edilib.
İclasda, həmçinin SOCAR-ın xarici investisiya layihələrində iştirakına və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Teqlər:
"SOCAR-\u0131n xarici investisiya layih\u0259l\u0259rind\u0259 i\u015ftirak\u0131 m\u00fczakir\u0259 olunub"