http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanın 2024-cü il üzrə yenidən baxılan büdcə xərclərinin strukturu açıqlanıb

24 May 2024 , 23:21
Azərbaycanın 2024-cü il üzrə yenidən baxılan büdcə xərclərinin strukturu açıqlanıb

Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclər 39707,3 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2944,3 milyon manat və ya 8,0 faiz, 2023-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 3249,4 milyon manat və ya 8,9 faiz çoxdur.

"Operativ Media" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 58,0 faizi həcmində və ya 23024,4 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 314,2 milyon manat və ya 1,4 faiz, 2023-cü ilin faktiki icra göstəricisinə nisbətən 2756,3 milyon manat və ya 13,6 faiz çox), əsaslı xərclərə ümumi xərclərin 38,7 faizi həcmində və ya 15387,3 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 3307,1 milyon manat və ya 27,4 faiz çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,3 faizi həcmində və ya 1295,6 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 677,0 milyon manat və ya 34,3 faiz az) vəsait yönəldiləcək.

Müvafiq olaraq dövlət büdcəsinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 5,9 faiz-bənd artacaq, cari xərclərin xüsusi çəkisi isə 3,8 faiz-bənd, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 2,1 faiz-bənd azalacaq.

Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin xərcləri funksional təsnifata uyğun olaraq iqtisadi fəaliyyət (dövlət əsaslı vəsait qoyuluşu, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərclər) xərcləri təsdiq olunmuş 7788,0 milyon manata qarşı 9902,7 milyon manat və ya 2114,7 milyon manat (27,2 faiz), müdafiə və milli təhlükəsizlik xərcləri təsdiq olunmuş 6421,0 milyon manata qarşı 7126,3 milyon manat və ya 705,3 milyon manat (11,0 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər təsdiq olunmuş 1390,3 milyon manata qarşı 1750,2 milyon manat və ya 359,9 milyon manat (25,9 faiz), məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri təsdiq olunmuş 2956,7 milyon manata qarşı 3058,4 milyon manat və ya 101,7 milyon manat (3,4 faiz), kənd təsərrüfatı xərcləri təsdiq olunmuş 1102,6 milyon manata qarşı 1202,6 milyon manat və ya 100,0 milyon manat (9,1 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri təsdiq olunmuş 574,8 milyon manata qarşı 575,6 milyon manat və ya 0,9 milyon manat (0,1 faiz) çox, ümumi dövlət xidmətləri (qanunvericilik və icra hakimiyyəti, beynəlxalq münasibətlər, xarici ölkələrə yardımlar, büdcələrarası transfertlər, dövlət borcu) xərcləri təsdiq olunmuş 4822,2 milyon manata qarşı 4542,8 milyon manat və ya 279,4 milyon manat (5,8 faiz), səhiyyə xərcləri təsdiq olunmuş 1871,3 milyon manata qarşı 1863,3 milyon manat və ya 8,0 milyon manat (0,4 faiz), sosial müdafiə və sosial təminat xərcləri təsdiq olunmuş 4542,2 milyon manata qarşı 4391,4 milyon manat və ya 150,8 milyon manat (3,3 faiz) az, təhsil xərcləri, mənzil və kommunal təsərrüfatı xərcləri və ətraf mühitin mühafizəsi xərcləri isə təsdiq olunmuş məbləğdə proqnozlaşdırılır. 

OXŞAR XƏBƏRLƏR
Şuşada sahibkarlarla dövlət-özəl əməkdaşlığı modeli müzakirə ediləcək

Şuşada sahibkarlarla dövlət-özəl əməkdaşlığı modeli müzakirə ediləcək

İqtisadiyyat Nazirliyində AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib

İqtisadiyyat Nazirliyində AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

XƏBƏR LENTİ
  • 22:17

    Putin və Möhbər arasında telefon danışığı olub
  • 22:03

    Bakıda gənc başından güllələnib, şübhəli saxlanılıb - YENİLƏNİB
    Bakıda gənc başından güllələnib, şübhəli saxlanılıb - YENİLƏNİB
  • 22:00

    AÇ-2024: Rumıniya və Belçika 1/8 finalda
  • 21:58

    Husilər ilk dəfə hipersonik raketdən istifadə edib
  • 21:38

    Hava Limanı yolunda sürət həddi endirilib
  • 21:24

    Zaqatalada 14 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi açılıb
  • 21:11

    Gəncədə törədilən qətllə bağlı cinayət işi başlanıb - YENİLƏNİB-1
  • 20:57

    BMT Təhlükəsizlik Şurası Dağıstanda törədilən terror aktlarını pisləyib
Menyu