26 Dekabr 2022, 13:31
İrandan Azərbaycana 2 kq-dan çox qızıl keçirmək istəyən şəxs saxlanılıb
İrandan Azərbaycana 2 kq-dan çox qızıl keçirmək istəyən şəxs saxlanılıb şəkil
İrandan Azərbaycana 2 kq-dan çox qızıl keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana 2 kiloqramdan artıq qızıl keçirilməsinin qarşısı alınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, dekabr ayının 24-də saat 02:20-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq Azərbaycan istiqamətinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib.

Həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucusu təqib olunaraq saxlanılmışdır. Saxlanılan şəxsin Yardımlı rayonu­nun Avaş kənd sakini 1989-cu il təvəllüdlü Babayev Taryel Səfər oğlu olması müəyyənləşdirilib.

Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 2 kiloqram 300 qram qızıla bənzər zinət əşyaları aşkar oluna­raq götürülüb.

Fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər
İraqda güclü zəlzələ olub
Qubada qəza olub, 5 nəfər xəsarət alıb
Ulu Öndərin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Bakının bəzi rayon və qəsəbələrində qaz olmayacaq
Ərdoğan Macarıstan Prezidenti ilə görüşüb
Robert Fiço: Qərb gələcəkdə Ukraynanı qurban verə bilər
Dünyaca məşhur nəşriyyat Heydər Əliyev haqqında akademik kitab nəşr edib - FOTO
Türkiyə MİT rəhbəri Dəməşqə səfər edib