Menyu

Türkiyə zəlzələləri iqtisadiyyata 104 milyard dollar zərər vurub

Nərmin Qocamanlı
Türkiyə zəlzələləri iqtisadiyyata 104 milyard dollar zərər vurub

Türkiyədə 2023-cü ildə baş verən zəlzələlərin zərəri 104 milyard dollar olacaq.

"Operativ Media" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Xarici İqtisadi Əlaqələr Şurasının 37-ci Baş Assambleyasında Türkiyə iqtisadiyyatının mövcud durumu ilə bağlı danışarkən qeyd edib.

“Türkiyədə 6 fevralda baş verən zəlzələlərdə 53 mindən çox insan həyatını itirdi. Ümumilikdə 11 vilayətdə 14 milyon insanı əhatə edən zəlzələnin iqtisadiyyatımıza vurduğu ziyan 104 milyard dollara çatıb. Təkcə evlər deyil, istehsal müəssisələri də dağılıb”, - Türkiyə lideri bildirib.

Onun sözlərinə görə, Türkiyənin cənub-şərqində şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib: ticarət mərkəzləri dağıdılıb, istehsal müəssisələri bağlanıb. Ərdoğan təbii fəlakət nəticəsində təxminən 170 min insanın işini itirdiyini qeyd edib. 

“Heç bir iqtisadiyyat, o cümlədən Avropa və Amerika nə qədər inkişaf etmiş olsa da, belə bir fəlakətin öhdəsindən asanlıqla gələ bilməz", - o vurğulayıb.

Teqlər:

"T\u00fcrkiy\u0259 z\u0259lz\u0259l\u0259l\u0259ri iqtisadiyyata 104 milyard dollar z\u0259r\u0259r vurub"

Əlaqəli Xəbərlər