DİN 20 yanvar dairəsinə toplaşan bir qrup valideynlə bağlı məlumat yayıb

Operativ Media
DİN 20 yanvar dairəsinə toplaşan bir qrup valideynlə bağlı məlumat yayıb

Dekabrın 26-da saat 14 radələrində müxtəlif illərdə qeyri-döyüş şəraitində həlak olan hərbi qulluqçuların bir qrup valideyni və qohumu 20 Yanvar dairəsində toplanmışdılar. 

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev "Operativ Media"nın sorğusuna cavab olaraq bildirib ki, onların tələbi övladlarına və yaxın qohumlarına şəhidlik statusunun verilməsi olub. Polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılaraq aidiyyəti ünvana göndəriliblər.

Digər xəbərlər