Nazir müavini: "Azərbaycan sudan aldığı enerjini Avropaya ixrac edəcək"

Nərmin Qocamanlı
Nazir müavini: "Azərbaycan sudan aldığı enerjini Avropaya ixrac edəcək"

"Azərbaycan dənizdən aldığı elektrik enerjisini Avropya ixrac etməyi planlaşdırır".

“Operativ Media” xəbər verir ki, energetika nazirinin müavini Samir Vəliyev “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfransda söyləyib.

O bildirib ki, Azərbaycanın qarşısında enerji keçidi üzrə böyük vəzifələr durur:

"Azərbaycan çox nəhəng neft və qaz sərvətlərinə malikdir və bunları ixrac edir. Bu ixracların sayəsində də böyük maliyyə vəsaitləri alır. Yəni pulla enerji mənbələrinin inkişaf etdirilməsi ilə bağlı ciddi zərurət yoxdur. Ancaq bizim beynəlxalq iqlim dəyişikliyi, atmosferə atılan tullantıların azaldılması sahəsində könüllü olaraq bir sıra hədəflər müəyyən etmişik və buna əsasən yaşıl gündəliyimizi müəyyənləşdirmişik.
Əlavə olaraq bizim dənizlə də bağlı planlarımız var. Biz suyun ionlaşdırılması və əldə olunan enerjinin Avropa ölkələrinə ixrac olunmasını planlaşdırırıq.

Qarşımızdakı dövrdə Xızıda 240 meqavatlıq külək elektrik stansiyasının layihəsinin həyata keçirilməsi planlaşdırılır. Başqa layihələr də var və bu cür layihələr üçün ölkəmizdə təqribən 1 milyard yarım investisiyalar yatırılıb və yatırılmaqdadır. Bunlar hamısı 20-25 illik layihələrdir".

Digər xəbərlər